

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İsrailin mümkün hərbi addımları fonunda İran öz milli təhlükəsizliyi məsələsində heç bir güzəştə getməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “İzvestiya” qəzetinə verdiyi açıqlamada bildirib.
“Hazırda dövri olaraq belə xəbərlər yayılır ki, Təl-Əvivdəki rejim atəşkəsdən istifadə edərək hava hücumundan müdafiə sistemini sürətlə gücləndirir, zəifləmiş ordusunun döyüş strukturlarını yenidən təşkil edir və İran əleyhinə yeni hərbi əməliyyatlara hazırlaşır,” – deyə diplomat vurğulayıb.
Səfir əlavə edib: “İran üçün milli təhlükəsizlik məsələləri prinsipial xarakter daşıyır və bu sahədə heç bir kompromisə gedilə bilməz.”
Kazem Cəlali onu da qeyd edib ki, əgər İsrail tərəfindən hərbi təxribat və ya hücum baş verərsə, İran buna səbirli yanaşmayacaq və qətiyyətli cavab verəcək.
Məryəm Quliyeva