İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
11:50
686
Rusiya vətəndaşı olan erməni iş adamı Samvel Karapetyan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
APA yerli mediaya istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.
Vəkilin sözlərinə görə, 14 saat davam edən məhkəmə iclası başa çatıb və məhkəmə Karapetyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti rədd edib. Nəticədə, ev dustaqlığı qərarı verilib.
“Bu, siyasi təqibin absurd intensivliyini göstərir. Həbs tələbi rədd edilsə də, ev dustaqlığı tətbiq olundu. Bununla yanaşı, Samvel Karapetyanın ictimai çıxışlarına qoyulan məhdudiyyət aradan qaldırılıb”, – vəkil qeyd edib.
Məsələ ilə bağlı rəsmi qurumlar hələlik əlavə açıqlama verməyib.
Qeyd edək ki, ötən ilin iyununda Ermənistan məhkəməsində Karapetyana qarşı “hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış” maddəsi üzrə ittiham irəli sürülüb. Samvel Karapetyan bu ittihama qədər ölkədəki siyasi vəziyyətlə bağlı hakimiyyətə qarşı kəskin tənqidi çıxışlar etmişdi.