“Regionda gərgin diplomatiya”
10 Fevral 20:45
10 Fevral 20:45
10 Fevral 20:30
10 Fevral 20:19
10 Fevral 20:11
Rusiya bölgələri və Xəzər dənizi üzərində 10 Ukrayna pilotsuz uçuş aparatı vurulub
ABŞ Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Əksər ərazilərə yağış, bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin olunub
ABŞ-nin Vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət etdi -VİDEO
17 Yanvar 12:14
2 107
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Yüksək Səviyyəli Toplantısı çərçivəsində dövrümüzün ən aktual çağırışlarından biri olan qlobal mənzil böhranının həllinə dair birgə yanaşmalara həsr olunmuş panel müzakirəsində çıxış edib.
Bu barədə Komitədən məlumat verilib.
Panel müzakirəsi zamanı iqlim dəyişikliyi, məcburi köçkünlük və demoqrafik dəyişikliklərin mənzil məsələsini şəhər gündəliyinin mərkəzinə çıxardığı vurğulanıb. Bu kontekstdə Anar Quliyev mənzilin ayrıca bir sahə kimi deyil, təhlükəsiz, inklüziv və dayanıqlı şəhər və yaşayış məskənlərinin əsas sütunu kimi nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.
Komitə sədri Azərbaycanın əlçatan mənzil sahəsində əldə etdiyi təcrübəni, həmçinin “Yenidən və daha yaxşı qur” prinsipi əsasında Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən yenidənqurma işlərini və əhalinin doğma torpaqlara qayıdışını təmin edən transformativ yanaşmaları iştirakçılarla bölüşüb. Bildirib ki, mənzil sahəsində mövcud çağırışlar heç bir ölkə tərəfindən təkbaşına həll edilə bilməz. Bu baxımdan o, beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, həmkarlarını 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştiraka dəvət edib.






