“Zəngəzur dəhlizi layihəsi mütləq reallığa çevriləcək” Gündəm

“Zəngəzur dəhlizi layihəsi mütləq reallığa çevriləcək”

“Ermənistanda Zəngəzur dəhlizi konsepsiyasına çox böyük qısqanclıq və fobiya yanaşması ilə baxırlar. Yəni artıq son 4 ildə onların bu konsepsiyanı qəbul etməmək siyasəti yeridilir. Amma Vaşinqtonda imzalanan sənədlər və TRIPP adlandırılan layihə, Trampın bu layihəyə cəlb olunması, onun diqqəti, ABŞ-nin buna marağı bir növ Ermənistanın da fikrini dəyişib”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə söyləyib.

Deputat artıq Ermənistanda da bu layihəyə müsbət yanaşmaların olduğunu deyib: “Ermənistanda da artıq buna hər iki ölkəyə fayda gətirən iqtisadi layihə kimi baxırlar. Bura ABŞ investisiyaları, texnologiyaları və təhlükəsizliyi cəlb olunsa, əlbəttə ki, layihə daha uğurlu ola bilər. Təbiidir ki, müəyyən maneələr var. Siyasi partiyalar, siyasi radikal müxalifət tərəfindən maneələr var, lakin Zəngəzur dəhlizi layihəsi mütləq reallığa çevriləcək”.

Röya İsrafilova