"Fitch" Azərbaycanın bank sektoru üzrə proqnozunu "neytral" qiymətləndirib
Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb
“Rosatom” Ermənistandakı AES-də təmir işlərini başa çatdırıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
İran məhkəməsi ABŞ-ı 22 milyard dollar məbləğində cərimələyib
13:21
819
Rusiya sülh danışıqlarına açıqdır, lakin xüsusi əməliyyatın əvvəlində qarşıya qoyulan məqsədlərə nail olmaq, SVO-nun ilkin səbəblərini aradan qaldırmaq lazımdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Nyu-Dehlidə keçirilən Rusiya-Hindistan sammiti öncəsi Hindistan KİV-ləri üçün keçirdiyi brifinqdə deyib.
Kremlin sözçüsü qeyd edib ki, Moskva ABŞ administrasiyasının Ukrayna böhranının siyasi və diplomatik yollarla həllinə zəmin yaratmağa yönəlmiş dinc səylərini yüksək qiymətləndirir.
"Bu, bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki Rusiya hələ də sülh danışıqlarına açıqdır. Lakin sülh danışıqları vasitəsilə, sülh danışıqları vasitəsilə biz məqsədlərimizə çatmalıyıq. Məqsədlərimizə nail olmalıyıq və başladığımız hərbi əməliyyatın əsas səbəblərini həll etməliyik", - Peskov izah edib.
Məryəm Quliyeva