“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
5 Dekabr 2025 12:15
2 254
Vladimir Putinin Hindistana iki günlük səfəri zamanı o Dehli ilə əsasən hərbi-texniki və enerji əməkdaşlığın konturlarını müəyyənləşdirməyə çalışacaq.
Bunu xalqcebhesi.az-a politoloq Elxan Şahinoğlu deyib.
O, qeyd edib ki, Putinin buna nail olması asan deyil. Çünki Vaşinqton Dehliyə təzyiqi artırıb. Məqsəd Hindistanın Rusiyadan hərbi texnika və neft alışını minimuma endirməkdir. Hindistanın baş naziri Narendra Modi Rusiya ilə ABŞ arasında balansı qorumaq məcburiyyətindədir:
"Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Dehli buna baxmayaraq vasətiçilik təşəbbüsləri ilə çıxış etməyə üstünlük vermir. Çünki, Dehlidə anlayırlar ki, Putin onsuz da bu təşəbbüsləri qəbul etməyəcək.
Vladimir Putin Narendra Modini Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə inandırmağa çalışacaq. Hindistan son günlərə qədər Rusiyadan ucuz neft alırdı. Ancaq ABŞ-ın Rusiyanın neft şirkətlərinə qarşı sanksiyaları sərtləşdikdən sonra Hindistanın neftayırma zavodları keçmiş illərdə olduğu kimi ərəb ölkələrinə üz tutdular".
Cavid