Paşinyan: Rusiyada yaşayan soydaşlarımızın əksəriyyəti bizim lehimizə səs verəcək
Məhkəmə “Krokus”da terror aktı törətmiş 4 nəfəri ömürlük həbs cəzasına məhkum edib
Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanacağına şübhəsi yoxdur
Paşinyan: Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir
11 Dekabr 2025 16:28
3 073
Türkiyə Fələstin probleminin həlli üçün məsuliyyəti öz üzərinə götürə bilər və lazım gələrsə Qəzza zolağına hərbi kontingent göndərməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərin “Əl-Cəzirə” telekanalına danışıb.
Fidan Qəzza zolağındakı münaqişəyə toxunaraq bildirib ki, "Türkiyə Fələstin məsələsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərməyə və məsuliyyəti öz üzərinə götürməyə hazırdır". O vurğulayıb ki, Ankara "zərurət yaranarsa, bölgədə sülhün əldə edilməsi üçün qoşun göndərməyə" də hazırdır.
Məryəm Quliyeva