10:29
819
Sülhdən daha yaxşı heç nə yoxdur.
Bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri erməni qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edirdi, lakin bu sənədlər təxminən 30 il ərzində kağız üzərində qaldı. Bu da bir təcrübədir, lakin təəssüf ki, mənfi təcrübədir.
Daha sonra 2020-ci ildə 44 gün davam edən azadlıq müharibəsi zamanı ərazilərimizi güc yolu ilə azad etmək təcrübəsini yaşadıq. Düşünürəm ki, bu da mühüm göstəricidir: əgər sülh yolu ilə həllə ümid qalmayıbsa və həqiqət, ədalət, həmçinin beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün bəzən güc tətbiq etmək zəruri olur. Məhz belə də oldu. Biz Ermənistanla sülhə əvvəlcə güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə nail olduq.
Mən deyərdim ki, son onilliklərin tarixində bu da nadir bir təcrübədir: bir ölkə öz suverenliyini və ərazi bütövlüyünü güc yolu ilə bərpa edib və bununla sülhə nail olub. Sülhə nail olmaq isə asan deyil. Bu gün də görürük ki, uzunmüddətli münaqişələr davam edir və dünya xəritəsində yeni gərginlik ocaqları yaranır.
Azərbaycan və Ermənistan arasında sülh prosesinə gəldikdə isə, bu da özünəməxsus bir vəziyyətdir. Belə ki, 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda əldə olunan sülhə qədər olan müddət iki ildən də az oldu. Məncə, bu, görünməmiş sürətdir. Bu isə güclü siyasi iradə və əbədi düşmənçiliyin mümkün olmadığını, müharibənin isə mütləq sona çatmalı olduğunu anlamaq sayəsində mümkün oldu. Bu, iki ölkənin verdiyi seçim idi. Hazırda isə, qeyd etdiyim kimi, artıq yeddi aydır ki, sülh şəraitində yaşayırıq və bunun üstünlüklərini görürük. Mən dəfələrlə demişəm və deməkdən yorulmayacağam ki, sülhdən daha yaxşı heç nə yoxdur”, - dövlət başçısı qeyd edib.
11:44
413
11:38
434
11:38
455