Tatyana Valovaya: Qlobal Bakı Forumu dialoqa ehtiyac duyulan bir vaxtda mühüm platformaya çevrilib
BMT rəsmisi Azərbaycan Prezidentinin sülh uğrunda səylərini təqdir edib
Moratinos: Cənubi Qafqazdakı pozitiv inkişaf göstərir ki, gərgin münaqişələr də sülhə çevrilə bilər
"Hindistan və Çin münasibətlərin normallaşmasına çalışırlar"
10:53
875
"Prezident İlham Əliyevin dəstəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üçün son dərəcə mühüm olub".
APA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Artıq 13-cü dəfədir ki, bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikasına təşəkkürümüzü bildiririk. Prezident İlham Əliyevin iştirakı və dəstəyi Mərkəzin inkişafı və böyüməsi üçün son dərəcə mühüm olub. Xatırlayıram ki, illər əvvəl bu təşəbbüsə başlayanda Prezident Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak edən bir qrup insanı hər il təkrar keçiriləcək belə görüşlərin təşkilinə dəvət etmişdi. O zaman o bildirmişdi ki, Azərbaycanın daha genişmiqyaslı tədbirlərə ev sahibliyi etməsini görməkdən məmnun olardı. Həmin ilk tədbir uğurlu və maraqlı olsa da, bugünkü forumla müqayisədə daha məhdud miqyaslı idi. Bu gün isə, xanımlar və cənablar, siz dünyanın müxtəlif yerlərindən buraya gəlmisiniz. Bu çətin və təhlükəli dövrlərdə burada olduğunuz üçün sizə təşəkkür edirəm”, - deyə Vayra Vike-Frayberqa qeyd edib.
12:13
84
12:02
343
12:01
336