"Azərbaycan İrana qarşı heç vaxt platforma olmaycaq" Gündəm

"Azərbaycan İrana qarşı heç vaxt platforma olmaycaq"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi xüusi olaraq tapşırığına əsasən ölkəmiz İrana humanitar yardım kimi ərzaq və dərman ləvzimatları göndərib. Göstərilən humanitar yardım Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında telefon danışığından sonra göndərilməsinin xüsusi əhəmiyyəti var. Əslində Azərbaycanın bu yardımı daha əvvəldən göndərmək kimi planının olması nəzərdə tutulan hadisədir. Çünki Azərbaycanın bu siyasəti heç də ilk deyil.

Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyli deyib.

O, qeyd edib ki, ölkəmiz dünyanın hansı coğrafiyasınd olmasından aslı olmayaraq, bu istiqamətdə nümunə ola biləcək addımlarla daim fərqlənib:

"Düşünürəm ki, yardımın göndərilməsində gecikmə SEPAH-ın Naxçıvana göndərdiyi PUA hücumu ilə bağlı ola bilər. Naxçıvana hücumla bağlı rəsmi Bakının rəsmi Tehran qarşısında qaldırdığı tələblərin yerinə yetirilmədiyinə baxmayaraq, Azərbaycanın humanitar yardım göndərməsi bir neçə kontekstdə xüsusilə əhəmyyətlidir. Əvvəla Bakı Tehrana qarşı hər hansı hücumda, münaqişədə yer almır, əksinə bu ölkə ilə bərabərhüququlu qonşuluq münasibətində maraqlıdır. Azərbaycan İrana qarşı heç vaxt platforma olmaycaq, SEPAH-dan məqsədli və riyakarcasına irəli sürülən iddialara baxmayaraq bu müharibədə də səmim qonşuluq prinsiplərindən imtina etmir.

İrana humanitar yardım göndərməklə bu məsələni praktiki müstəvidə də təsdiq edir. Digər tərəfdən humanitar yardım İrandakı radikal mühafizəkar kəsimin cənubda yaşayan türklər arasında apardığı antiAzərbaycan təbliğatının qarşısina sipər çəkir.

Düşünürəm ki, İranın Azərbaycana yönəli siyasətinə rəğmən atılan bu addım münharibədən sonra da, təsir effektini qoruyub saxlayacaqdır".

Cavid