Sabahın hava proqnozu açıqlanıb Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda hava necə olacaq?

Martın 13-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.