Zelenski Parisdə Makronla görüşəcək Dünya

Zelenski Parisdə Makronla görüşəcək

Fransa Prezidenti Emmanuel Makron 13 martda Parisdə Ukrayna lideri Vladimir Zelenskini qəbul edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Yelisey Sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Makron administrasiyası aydınlaşdırdı ki, görüş zamanı siyasətçilər "ədalətli və davamlı sülhün şərtləri barədə fikir mübadiləsi aparacaqlar və bu baxımdan Könüllülər Koalisiyası çərçivəsində təhlükəsizlik zəmanətləri ilə bağlı götürülmüş öhdəlikləri qiymətləndirəcəklər".
Bundan əlavə, Fransa və Ukrayna prezidentlərinin "Rusiyaya təzyiqi artırmağın yollarını", o cümlədən sözdə "kölgə tanker donanmasına" qarşı tədbirlərin sərtləşdirilməsini müzakirə edəcəkləri gözlənilir. Qarşıdan gələn danışıqların digər mövzusu Avropanın Kiyevə hərbi dəstəyi olacaq.

Məryəm Quliyeva