Bayramlarla əlaqədar bütün sosial ödənişlər sabah ödəniləcək
XIII Qlobal Bakı Forumu keçirilir, Prezident İlham Əliyev açılış mərasimində çıxış edib - YENİLƏNİB
Latviyanın sabiq Prezidenti: BMT-nin quruluşunda müəyyən ziddiyyət var
İtaliyanın Ərbildəki hərbi bazası raket zərbəsinə məruz qalıb
Vayra Vike-Frayberqa: Prezidentin dəstəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üçün mühüm olub
09:47
714
XIII Qlobal Bakı Forumu çox əhəmiyyətli bir tədbirdir.
Bunu jurnalistlərə açıqlamasında Latviyanın sabiq Prezidenti Valdis Zatlers bildirib.
“Baxmayaraq ki, hazırkı şəraitdə həll yolları tapmaq çox çətindir Biz XIII Qlobal Bakı Forumuna müzakirə aparmaq və həll yollarını tapmağa çalışmaq üçün toplaşmışıq. Bu foruma görə Azərbaycana təşəkkür edirəm”, - sabiq Prezident deyib.
O qeyd edib ki, Avropa ətrafındakı vəziyyət mürəkkəbdir.
“Böhran yaratmaq daha asandır, lakin böhranı aradan qaldırmaq çətindir. Bütün müdriklik də məhz bundadır. Hamımız öz səhvlərimizdən dərs götürməli və başqalarının səhvlərindən də nəticə çıxarmalıyıq. Bu, bu günün ən böyük problemlərindən biridir. Məsələ təkcə hərbi gücdə deyil, həm də asimmetrik balans yaratmaq imkanındadır. Hazırda biz asimmetrik balans şəraitində yaşayırıq. Kiçik ordular və kiçik dövlətlər də böyük dövlətlərə müqavimət göstərə bilirlər. Eyni zamanda hər bir xalqın özünəməxsus tarixi hissləri və yaddaşı var. Problemlərinin həll yollarını axtararkən bunlar nəzərə alınmalıdır”, - deyə Valdis Zatlers qeyd edb.
11:04
595
10:54
448
10:53
455