18:29
672
“NATO-nun son açıqlaması kifayət qədər ciddi və strateji məna daşıyır”.
Bunu millət vəkili Fazil Mustafa Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, NATO artıq prosesə müəyyən səviyyədə müdaxilə edir və Ukraynaya dəstək göstərir, lakin hələlik açıq şəkildə birbaşa hərbi əməliyyatlara qoşulmur:
“Əgər NATO müdaxilə edibsə, bu, Ukraynaya müəyyən dəstəyin verildiyini göstərir. Amma alyans hələlik açıq şəkildə döyüş meydanına daxil olmur. Lakin zamanla buna zərurət yarana bilər. Bu açıqlama əslində NATO-nun bir xəbərdarlığıdır”.
Fazil Mustafa qeyd edib ki, atılan addımlar ABŞ və Avropa İttifaqının ortaq mövqeyini əks etdirir:
“Bu ölkələrin hamısı NATO çərçivəsində koordinasiyalı fəaliyyət göstərir. Ona görə də verilən açıqlama kifayət qədər ciddi xarakter daşıyır. NATO-nun prosesə açıq şəkildə qoşulması ABŞ və Avropa İttifaqının münaqişəyə tam şəkildə daxil olması deməkdir və bu, Rusiya üçün arzuolunan nəticələr doğurmaya bilər.İndi Rusiyanın buna necə reaksiya verəcəyi hələlik bəlli deyil. Lakin Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün NATO kimi nüfuzlu və avtoritet qurumdan konkret zəmanətin olması olduqca vacibdir”.
Günel Elxan
19:29
441
19:19
504
17:41
1 064