Azərbaycana qarşı ədalətsiz yanaşma: siyasi təzyiq aləti aradan qaldırılır
Rusiya XİN ABŞ hərbçilərinin ələ keçirdiyi "Marinera" gəmisində rusiyalıların olduğunu açıqlayıb
“Nərimanov” stansiyasında sərnişin qatar relsinə düşərək ölüb
Gürcüstanda azərbaycanlı gəncin qətlində ittiham olunan şəxs Türkiyəyə qaçarkən saxlanılıb
6 Yanvar 14:53
1 715
Venesuela prezidenti Nikolas Maduronun qaçırılmasından sonra Tramp administrasiyasının respublika ilə bağlı əlavə tədbirlər planı yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbəyi bildirib ki, "bundan sonrakı fəaliyyət üçün heç bir proqram və ya plan yoxdur". O, Tramp administrasiyasının Venesueladakı hadisələri izləyəcəyini və lazım gələrsə, onlara cavab verəcəyini bildirib.
Başqa bir mənbə qəzetə bildirib ki, Tramp keçid dövründə Venesuela kabinetinin üzvlərini hakimiyyətdə saxlamağa etiraz etməyəcək, ABŞ dövlət katibi Marko Rubio isə daha sərt mövqe tutur və Bolivar Respublikası hökumətinin bir çox üzvünün "narkotik qaçaqmalçılığı ilə əlaqəli" olduğuna inanır.
Məryəm Quliyeva