11:58
1 218
Danimarka və ABŞ arasında Qrenlandiya üzrə işçi qrupu haqqında razılaşma təhlükəlidir.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri millətçi Danimarka Xalq Partiyasının sədri Morten Messerşmidt bildirib.
“Bu, təhlükəlidir. ABŞ prezidenti Donald Trampın etdiyi işlərin böyük əksəriyyəti təhlükəlidir. O, proqnozlaşdırılmazdır, tarazsızdır və Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenin və bizim öyrəşdiyimiz qaydalara əməl etmir,” — deyə danimarkalı siyasətçi TV2 telekanalına açıqlamasında bildirib. — “Məncə, şir yuvasına girmək son dərəcə təhlükəlidir.”
Özünün Qrenlandiyada hərbi mövcudluğun gücləndirilməsini alqışladığını, lakin bunun müstəqil şəkildə mövcud ola biləcəyinə inanmadığını deyən Messerschmidt 2025-ci ilin yanvarında ABŞ-ın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahına səfər edib. Məqsəd Tramp ilə, xüsusilə Qrenlandiya məsələsi üzrə, müstəqil dialoq başlatmaq olub.
Məryəm Quliyeva
14:08
378
13:48
427
13:48
427