Ərdoğan: Biz qardaşlarımızın və qonşularımızın əmin-amanlığını pozan hadisələrdə bitərəf deyilik Dünya

Ərdoğan: Biz qardaşlarımızın və qonşularımızın əmin-amanlığını pozan hadisələrdə bitərəf deyilik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda davam edən müharibə ilə bağlı danışarkən Türkiyənin mövqeyinin əsla bitərəf ola bilməyəcəyini bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan qlobal ədalətsizliyin hökm sürdüyü bir dövrdə Türkiyənin sülh və əmin-amanlıq tərəfdarı olduğunu vurğulayıb:

“Biz qardaşlarımızın və qonşularımızın əmin-amanlığını pozan hadisələrdə bitərəf deyilik. Bütün dünyanın gələcəyini təhdid edən məsələlərdə də bitərəf deyilik. Əksinə, Türkiyə olaraq sülhün və sabitliyin tərəfindəyik”, – deyə Ərdoğan deyib.