Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
3 Mart 17:53
3 570
“Hörmüz boğazında gərginlik və Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun neft obyektlərinə hücum xəbərləri bazarda ciddi risk yaradır və bu, neftin qiymətinə dərhal təsir edir. Belə vəziyyətlərdə bazar real itkidən çox risk ehtimalına reaksiya verir və qiymətə əlavə “risk primi” daxil olur”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O qeyd edib ki, əgər Hörmüz boğazı faktiki olaraq bağlı qalarsa və ixrac dayansa, Brent markalı neftin qiyməti qısa müddətdə 90–100 dollar, hətta daha yuxarı səviyyəyə qalxa bilər: “Gərginlik genişlənərsə və uzun müddət davam edərsə, qiymətlər 110–120 dollar səviyyəsinə qədər yüksələ bilər”.
A.Nəsirlinin sözlərinə görə, qiymətlərin nə qədər müddət yüksək qalacağı isə tam şəkildə siyasi və hərbi vəziyyətin inkişafından asılıdır: “Əgər problem bir neçə həftə ərzində həll olunsa, qiymətlər tədricən aşağı düşə bilər. Amma blokada və ya hərbi qarşıdurma uzun çəkərsə, yüksək qiymətlər aylarla davam edə bilər. Neft bazarında əsas amil hazırda riskin davam edib-etməməsidir”.
Röya İsrafilova
11 Sentyabr 18:10
1 526
11 Sentyabr 17:08
1 519
11 Sentyabr 16:24
1 575