Zelenski: Ukrayna ərazilərin itirilməsi ilə sülh sazişinə hazırdır
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlanıb - FOTO
“AzerGold”un xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib
ABŞ-də "Boeing 737 MAX-10"un ən böyük modifikasiyası təsdiqlənib
3 Mart 21:15
3 465
“Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan həm qaz ixracını artırır, həm də yaşıl enerji üzrə gündəliyini irəli aparır”.
Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli “Xalqcebhesi.az”a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, qazın genişləndirilməsi ölkənin enerji asılılığını aşağı salmasa da, enerji sektorunun inkişafını davam etdirir: “Ekspertin sözlərinə görə, ölkə öz istehlakının 30%-ni yaşıl enerji mənbələrindən təmin etməyi və illik 3 QVt yaşıl enerji istehsalını həyata keçirməyi planlaşdırır. Bu, Avropaya Qara dənizin dibi və ya Türkiyə üzərindən artıq elektrik enerjisinin ixracını mümkün edəcək”.
Xalid Kərimli vurğulayıb ki, belə addımlar Azərbaycan qeyri-neft sektorunun inkişafını dəstəkləyir, ekoloji təmiz bərpa olunan enerji istehsalını artırır və eyni zamanda neft-qaz sektorunun iqtisadiyyatda payını qoruyub saxlayır.
Günel Elxan