21:48
602
ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb.
Bu barədə diplomatik nümayəndəliyin “X” platformasında yayılan bəyanatında bildirilib.
“Mövcud regional gərginliklə əlaqədar olaraq ABŞ-ın Beyrutdakı səfirliyi növbəti bildirişədək bağlanacaq”, – deyə açıqlamada qeyd olunub.
Bəyanata əsasən, planlaşdırılmış və təcili konsulluq qəbulları da ləğv edilib.