15:58
581.jpg)
ABŞ hərbçiləri prezident Donald Trampa İrana qarşı zərbələri bərpa etmək imkanı yaratmaq üçün Yaxın Şərqə qüvvələrin yerləşdirilməsini həyata keçirirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Fox News" telekanalı məlumat yayıb.
Onların məlumatına görə, regionda Amerika qüvvələrinin yerinin dəyişdirilməsi Trampın İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək qərarı verəcəyi təqdirdə müxtəlif fəaliyyət variantlarının hazırlanmasına yönəlib.
Telekanalın qeyd etdiyinə görə, mövcud məlumatlara əsasən, İsrailin Baş naziri Binyamin Netanyahu İrana yeni zərbələrin endirilməsinə nail olmağa çalışır.
Məryəm Quliyeva