Maliyyə Nazirliyi bu ay 5 depozit hərracı keçirib İqtisadiyyat

Maliyyə Nazirliyi bu ay 5 depozit hərracı keçirib

Oktyabrda Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə 5 depozit hərracı keçirilib.

Bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, hərraclarda vahid xəzinə hesabının qalığının ümumilikdə 704 milyon manat məbləğində milli valyutada olan vəsaitləri ölkənin kommersiya banklarında müddətli depozitə yerləşdirilib.