Qətər nümayəndə heyəti danışıqlar üçün Tehrana gəlib Gündəm

Qətər nümayəndə heyəti danışıqlar üçün Tehrana gəlib

Qətərin yüksəksəviyyəli nümayəndə heyəti ABŞ və İran arasındakı münaqişənin tənzimlənməsi üzrə diplomatik səylər fonunda İran rəhbərliyi ilə danışıqlar aparmaq üçün Tehrana gəlib.

Xalqcebhesi.az "IRNA"ya istinadən xəbər verir ki, Qətər nümayəndələri İranın yüksəksəviyyəli rəsmi şəxsləri ilə görüşlər keçirirlər.

Qətər ənənəvi olaraq Vaşinqton və Tehran arasında əsas vasitəçilərdən biri kimi çıxış edir. Son günlərdə regionun digər ölkələrinin nümayəndə heyətləri də İranın paytaxtına səfər ediblər.

Məryəm Quliyeva