Hörmüz boğazında Türkiyəyə məxsus 16 gəmi var Gündəm

Hörmüz boğazında Türkiyəyə məxsus 16 gəmi var

Hörmüz boğazında Türkiyə bayrağı altında üzən gəmi yoxdur, lakin Türkiyəyə məxsus 16 gəmi var.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu bildirib.

Nazir bildirib ki, hakimiyyət orqanları bölgədəki vəziyyəti yaxından izləyir. "Hörmüz boğazında və bölgənin su yollarında baş verən hadisələri yaxından izləyirik. Məlum olduğu kimi, Yaxın Şərqdəki müharibə səbəbindən 28 fevraldan bəri Hörmüz boğazından keçid dayandırılıb. Hazırda yüzlərlə gəmi Fars körfəzində gözləyir və bəzi ticarət gəmiləri zədələnib. Bölgədə Türkiyə bayrağı altında üzən gəmi olmasa da, Türkiyəyə məxsus 16 gəmini yaxından izləyirik", - deyə nazir H. Uraoğlu sosial mediada yazıb.
Uraoğlu xatırladıb ki, əvvəllər "bölgədə fəaliyyət göstərən Türkiyə bayrağı altında üzən gəmilər üçün Beynəlxalq Gəmi və Liman Qurğularının Təhlükəsizlik Məcəlləsi çərçivəsində təhlükəsizlik səviyyəsi Dənizçilik Baş İdarəsi ilə koordinasiyalı şəkildə 3-cü səviyyəyə qaldırılıb". Bu səviyyədə qalmaqda davam edir.
Nazir qeyd edib ki, "Gəmilərimizə naviqasiya elanlarını diqqətlə izləməyi və zəruri hallarda dərhal Axtarış və Xilasetmə Koordinasiya Mərkəzimizlə əlaqə saxlamağı tapşırmışıq. Dənizçilərimizin təhlükəsizliyini və ticarət donanmamızın qorunmasını təmin etmək üçün bütün zəruri diplomatik və inzibati tədbirləri görməyə davam edəcəyik".

Məryəm Quliyeva