Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib Siyasət

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.

Təklif alqışlarla qarşılanıb.