14:30
567
ABŞ İranla münaqişə bitənə qədər Estoniyaya sursat tədarükünü dayandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur Pentaqon katibi Pit Höqsetlə telefon danışığından sonra bildirib.
"Hazırda İrandakı müharibə bitənə qədər təchizatın dayandırıldığını güman edirik. Əgər bu uzanarsa, mütləq planlarımızı yenidən nəzərdən keçirməli olacağıq.
Əgər bu münaqişə uzanarsa, biz artıq alternativlər üçün qlobal bazarı araşdırırıq", - deyə Pevkur ERR-ə verdiyi müsahibədə bildirib.
Estoniyanın müdafiə naziri vurğulayıb ki, bu, xüsusən də HIMARS çoxnövlü raket sistemləri (MLRS) və Javelin tank əleyhinə raket sistemləri üçün sursat tədarükünə aiddir. "Bu ilki [tədarüklərin] həcmi on milyonlarla idi", - deyə o əlavə edib.
Məryəm Quliyeva