Çindən İrandakı vətəndaşlarına təcili çağırış: "Ölkəni dərhal tərk edin" Dünya

Çindən İrandakı vətəndaşlarına təcili çağırış: "Ölkəni dərhal tərk edin"

Çin, təhlükəsizlik üçün davam edən riskləri əsas gətirərək, İranda olan vətəndaşlarını ölkəni mümkün qədər tez tərk etməyə və ya daha təhlükəsiz bölgələrə köçməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

ÇXR Xarici İşlər Nazirliyi hava məkanının qismən açılmasına baxmayaraq, vəziyyətin "mürəkkəb və qeyri-sabit" olaraq qaldığını bəyan edib. Hazırda İranda olan vətəndaşlara strateji əhəmiyyətli obyektlərə yaxınlaşmamaq və əlavə ehtiyat tədbirlərinə əməl etmək tövsiyə olunub.

Həmçinin, Çin vətəndaşlarının mövcud şəraitdə İrana səfər etməmələri barədə xəbərdarlıq yenidən səsləndirilib.

Məryəm Quliyeva