12:29
994
Böyük Britaniya, dayanıqlı atəşkəs əldə edildikdən sonra Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçiriləcək çoxmillətli missiya çərçivəsində özünün Eurofighter Typhoon qırıcılarını cəlb etməyi təklif edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət Britaniya Hərbi Hava Qüvvələrinin Qətərdə yerləşdirilən "Eurofighter Typhoon" eskadronundan gedir. Bu təyyarələr İranın Fars körfəzi ölkələrinə qarşı zərbələrinin dəf edilməsində iştirak ediblər.
Qeyd olunur ki, qırıcıların cəlb edilməsi təklifi Hörmüz boğazının blokadadan çıxarılmasına həsr olunmuş və təxminən 30 ölkənin hərbi mütəxəssislərinin iştirak etdiyi görüşdə səsləndirilib. Konfrans 22-23 aprel tarixlərində London yaxınlığındakı Nortvud hərbi qərargahında keçirilib. Bundan əlavə, Britaniya tərəfi boğazın minalardan təmizlənməsi üçün pilotsuz mina təmizləyən gəmilərdən istifadə etməyə və öz dalğıclarını göndərməyə hazır olduğunu ifadə edib.
Məryəm Quliyeva