14:47
588
İran vasitəçilərə ABŞ ilə danışıqlara hazır olduğu üçmərhələli planı təqdim edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İran tərəfi danışıqların birinci mərhələsinin "müharibənin dayandırılması və zəmanətlərin alınması" məsələsinə yönəlməsini, İrana və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair təminat verilməsini tələb edir. Tehranın şərtlərinə əsasən, "bu mərhələdə heç bir digər məsələ müzakirə olunmayacaq". Bu məsələ üzrə razılıq əldə olunarsa, ikinci mərhələdə Oman tərəfi ilə koordinasiyalı şəkildə "müharibədən sonra Hörmüz boğazının idarə olunması" müzakirə ediləcək.
İranın təklifinə görə, üçüncü mərhələ Tehranın nüvə dosyesinə aid olacaq. Kanal vurğulayır ki, İran tərəfi "ilk iki mərhələ üzrə razılıq əldə olunana qədər bu məsələni müzakirə etməkdən imtina edir". Al Mayadeen-in məlumatına görə, əgər ABŞ bu danışıqlar planını qəbul edərsə, İran növbəti raunda razılıq verəcək.
Məryəm Quliyeva