19 Oktyabr 16:20
19 Oktyabr 13:34
19 Oktyabr 13:12
27 Aprel 16:05
4 424
Almaniya Kansleri Fridrix Merts bazar ertəsi bəyan edib ki, İran rəhbərliyi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bütöv bir xalqı təhqir edir və alçaldır.
Xalqcebhesi.az xəbər verir ki, onun bu sözlərini "Iran International" nəşri sitat gətirib.
"İran rəhbərliyi, xüsusən də İslam İnqilabı Keşikçiləri adlanan qrup bütöv bir xalqı alçaldır", — deyə o, Şimali Reyn-Vestfaliyanın Marsberq şəhərində tələbələr qarşısında çıxış edərkən bildirib.
O əlavə edib ki, İran hakimiyyəti ABŞ ilə danışıqları "çox məharətlə" aparır və əvvəllər hesab edildiyindən daha güclü görünür.
Merts həmçinin bildirib ki, Hörmüz boğazı qismən minalanıb və əlavə edib ki, o, ABŞ-ın bu müharibədə hansı çıxış strategiyasına malik olduğunu görmür.
Məryəm Quliyeva
19 Oktyabr 16:52
1 162
19 Oktyabr 16:20
1 148
19 Oktyabr 13:34
1 351