09:56
532
Trampın Çinə səfəri öncəsi mövcud olan geosiyasi durum ABŞ-Çin danışıqları üçün kimin əlverişli mövqedə olması sualını ortaya qoyur. Çünki bu, danışıqların nəticəsinə bilavasitə təsir edəcək. ABŞ-ın İran kampaniyasının hələ başa çatmaması, Rusiyanın Ukraynada düşdüyü çətin durum bu danışıqlarda tərəflərin gələcəkləri nəticələrə də təsir edəcək, eləcə də əksinə, yəni həmin məsələlərin həllini də özündə ehtiva edəcək böyük ehtimalla.
Xalqcebhesi.az xəbər verir ki, bunu ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Amma ABŞ və Çinin bu kimi məsələlər üzərindən danışıq aparacağı ancaq ikinci dərəcəli əhəmiyyət kəsb edəcək. Əsas məsələ ABŞ-ın bu kimi məsələlərə geosiyasi maraqlar üzərindən baxmasıdırsa, Çinə bilavasitə ABŞ-ın təhlükəsizlik məsələsi kimi baxmasıdır. Çin ABŞ üçün bir nömrəli düşmən təsadüfən elan edilməyib. Məsələ coğrafiyadır. Xəritələr heç də çox vaxt gördüyümüz kimi bir müstəvi üzərində deyil. Biz Çinə Uzaq Şərq deyiriksə, Çin ABŞ üçün yaxın qonşudur. Ona görə də ABŞ Tayvan, Yaponiya, İndoneziya, Malayziya, Sinqapurla güclü hərbi ittifaqdadır. Yaponiyada isə ən böyük xarici hərbi bazaları mövcuddur. Niyə? Çünki bu ölkələr Sakit Okeanda ABŞ və Çin arasında yerləşir. Buradan çıxış edərək demək olar ki, danışıqlarda müzakirə predmeti buradakı məsələlər olacaq. İran, Rusiya ABŞ və Çin üçün Sakit Okeandakı məsələlərin həlli üçün alver predmetidir, yəni geosiyasi maraqlar çərçivəsindədir. İsrail bunu bildiyi üçün danışıqlara mane olmaq istəyir, hətta İranı sabah bombalaya da bilər" - politoloq deyib.
Cavid
11 May 17:29
1 260
11 May 17:20
1 183
11 May 17:15
1 309