İran Çin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib Gündəm

İran Çin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib

İran çərşənbə axşamından etibarən Çin gəmilərinə Hörmüz boğazından Tehran tərəfindən müəyyən edilmiş qaydalar üzrə keçid hüququ verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fars" agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, Çinin xarici işlər naziri Van İ və Çinin İrandakı səfirinin müraciətlərindən sonra strateji tərəfdaşlıq çərçivəsində Çin gəmilərinin keçidini sadələşdirmək qərarı alınıb. Razılaşdırılıb ki, rəsmi Pekinin sorğusu əsasında bir sıra Çin gəmiləri keçid qaydaları razılaşdırıldıqdan sonra Hörmüz boğazından maneəsiz keçə biləcəklər və bu mərhələ çərşənbə axşamından etibarən başlayıb.

Məryəm Quliyeva