09:18
644
ABŞ-la İran arasında razılaşma memorandumunun imzalanmasına az qalmış Vaşinqton İrana zərbələr endirib. Rəsmi Tehran zənginləşdirilmiş uranı Çinə verməyə razılaşıb. İran xarici işlər naziri və və digər yüksək vəzifəli şəxslər razılaşmalari müzakirə etmək üçün Qətərə səfər edib.
Politoloq Məhəmməd Əsədullazadə xalqcebhesi.az-a deyib ki, ABŞ son razılaşmaya yaxınlaşanda hücum edir. Görünür, Vaşinqtonun digər tələbələri var. Məhz İran rəsmiləri ona görə deyir ki, ABŞ etibar etmirik:
"Qeyd edim ki, müharibənin ən mürəkkəb vəziyyətində İran ABŞ tabe olmadı. Hörmüz boğazına tam nəzarət etməklə Vaşinqtonu mürəkkəb geosiyasi vəziyyətə saldı. Atəşkəs rejimi və danışıqların intensivliyi vaxtında Vaşinqtonun zərbəsi prosesi poza bilər.
ABŞ Iranda rejimi dəyişə bilmədi. Bunu əvvəldən qeyd edirdik. Hörmüz boğazını da hərbi yolla aça bilmir.
İran ABŞ-la danışıqlarda maraqlıdır və razılaşma əldə etməyə çalışır. Çünki, ölkənin iqtisadi vəziyyəti böhrana gedir. Sosial vəziyyət ağırlaşır. Tərəflər arasında memorandumun imzalanması mümkün görünür".
Cavid