14:53
595
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Demokratlar Partiyasını Konqresə seçkilərdə "tarixi qələbə" münasibətilə təbrik edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə günü Avropa mediası məlumat yayıb.
O qeyd edib ki, ABŞ Prezidentinin administrasiyası əvvəlki kimi qalacaq və Berlin onunla əməkdaşlığı davam etdirməyə hazırdır. Bununla belə, Pistorius yaxın gələcəkdə amerikalı lider Donald Trampdan hansı addımları gözləcəyini bilmədiyini göstərib.
Nazir vurgulayıb ki, Berlin hem demokratlar, hem de respublikaçılarla təmasda olacaq.
Öz növbəsində, Parisdə ABŞ Demokratlar Partiyasının seçkilərdəki "qeyd-şərtsiz qələbəsi" qeyd olunub, lakin Trampın dövlət başçısı olaraq qaldığı və buna görə də Vaşinqtonun xarici siyasət kursunu müəyyənləşdirməyə davam edəcəyi xatırladılıb.
Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Leskür "BFM TV"nin efirində bildirib ki, "daxili siyasətdə Tramp rəqibləri ilə birgə yaşamaq məcburiyyətində qalacaq və onun mövqeləri kifayət qədər zəif olacaq". Lakin Leskürün qeyd etdiyi kimi, ABŞ Prezidenti özünün "proqnozlaşdırıla bilməyən xarakteri" ilə "xarici siyasətə nəzarət etməkdə" davam edir.
Məryəm Quliyeva