3 Noyabr 13:50
11:30
448
2027-ci ildə Milli Paralimpiya Komitəsinin, Milli Abilimpiya Federasiyasının, Azərbaycan Respublikası Deflimpiya Komitəsinin və Xüsusi Olimpiya Komitəsinin idman komandalarının müxtəlif idman tədbirlərinin keçirilməsi və həmin idman komandalarının beynəlxalq yarışlarda iştirakı və beynəlxalq idman tədbirlərinə hazırlıq və digər təşkilatı işlərinin maliyyə təminatı üçün 3,5 milyon manat vəsait proqnozlaşdırılıb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, bu, 2026-cı illə müqayisədə 0,6 milyon manat və ya 20,7 faiz çoxdur.