14:08
875
Fırıldaqçı zəng mərkəzlərinə (call centers) havadarlıq edilməsi ilə bağlı "Karfagen" işi çərçivəsində noyabrın 4-də bütün Ukrayna üzrə 70-ə yaxın axtarış keçirilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın "Zerkalo Nedeli" ("Həftənin Güzgüsü") nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Nəşr həmçinin xəbər verir ki, SBU-nun Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, polkovnik Anton Kravçuk və SBU-nun Milli Dövlətçiliyin Müdafiəsi Departamentinin rəisinin birinci müavini, general Serqey Dukanın (KİV-in məlumatına görə, səhərdən onların evində axtarışlar aparılır) "ötən ilin iyulunda NABU detektivlərinə və təhqiqatçı jurnalistlərə qarşı əməliyyatların güc strukturları hissəsinin kuratorları olublar".
Səhər saatlarında NABU-dan bildirilib ki, fırıldaqçı zəng mərkəzlərinə havadarlıq edilməsi üzrə cinayət sxeminə Ukrayna Baş Prokurorluğunun əməkdaşları ilə yanaşı, Təhlükəsizlik Xidmətinin (SBU) və Milli Polisin yüksək rütbəli əməkdaşları da cəlb olunub. Onların soyadları açıqlanmır. Lakin bir neçə Ukrayna media vasitəsi Duka və Kravçukun evlərində axtarışların aparıldığını bildirib.
NABU və Xüsusi Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAP) sentyabrın 4-də ölkədən qaçışa və baş prokuror Ruslan Kravçenkonun istefasına səbəb olan "Karfagen" xüsusi əməliyyatı barədə elan ediblər. İstintaq fırıldaqçı zəng mərkəzlərini himayə edən və əmlakı qanuniləşdirən cinayətkar təşkilatın üstünün açıldığını bəyan edib. İstintaq sxemin koordinatoru kimi həmin vaxt Baş Prokurorluğun Beynəlxalq Əməkdaşlıq Departamentinin rəis müavini olan Serqey Krapivanı göstərib. Axtarışlar həmçinin Kravçenkonun, onun birinci müavininin və digər əməkdaşların kabinetlərində də keçirilib. Bundan qısa müddət sonra Kravçenko xaricə gedib, sentyabrın 15-də Ali Rada onun istefasına səs verib və elə həmin gün Volodimir Zelenski onu vəzifəsindən azad edib.
Məryəm Quliyeva