Ukrayna üzrə "Karfagen" işi ilə bağlı 70-ə yaxın axtarış aparılır
Səngəçal Terminalının Elektrikləşdirilməsi layihəsi üzrə işlər 90% tamamlanıb
Azərbaycanla Qırğızıstan arasında fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq genişləndirilir
“Şahdəniz” yatağına bu il 3 mlrd. dollardan artıq vəsait xərclənilib
13:11
504
NATO rəhbərliyi alyansın yenilənmiş müdafiə strategiyasına uyğun olaraq Rusiya ərazisinə zərbələr endirilməsini istisna etmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, iyun ayında NATO-da uzaq məsafələrə və dərinliklərə hərbi zərbələrin endirilməsinə həsr olunmuş simpozium keçirilib. Qeyd olunur ki, yeni konsepsiya "yalnız sərhədləri keçə biləcək qoşunların atəşə tutulmasını deyil, cəbhənin arxa cəbhəsində, Rusiya ərazisindəki hərbi bazalara, təchizat anbarlarına və sənaye obyektlərinə zərbələr endirilməsini" nəzərdə tutur.
Rusiya tərəfi NATO-ya "hücum etmək" planları ilə bağlı iddiaları dəfələrlə təkzib edib. Rusiya Prezidenti Vladimir Putin bu bəyanatları Qərb əhalisini qorxutmaq və hərbi xərcləri artırmaq cəhdi kimi dəyərləndirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə alyansın hərbiləşmə yolunu tutduğunu və Rusiyanın "təhdid" obrazının hərbi büdcələrin ÜDM-in 5%-nə çatdırılmasını əsaslandırmaq üçün istifadə edildiyini bildirib.
Məryəm Quliyeva