Yaponiyadakı təlimlərdə ABŞ dəniz piyadası həlak olub Dünya

Yaponiyadakı təlimlərdə ABŞ dəniz piyadası həlak olub

Yaponiyanın Okinava prefekturasında keçirilən təlimlər zamanı amerikalı hərbi qulluqçu həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Məlumata görə, dəniz piyadası Okinavada yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin "Kemp-Şvab" bazasına təhkim olunubmuş. Hadisə hərbi təlimlər zamanı baş verib. Baş verənlərin təfərrüatları araşdırılır.

Məryəm Quliyeva