Demokratlar Nümayəndələr Palatasında 258 yer ala bilərlər Gündəm

Demokratlar Nümayəndələr Palatasında 258 yer ala bilərlər

Aralıq seçkilərinin yekunlarına əsasən, Demokratlar Partiyası ABŞ Konqresinin Nümayəndələr Palatasında 258 yer əldə edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu proqnozla "NBC News" telekanalı çıxış edib.

Kanalın qiymətləndirməsinə görə, respublikaçılar 177 yer qazana bilərlər.

TASS müxbirinin verdiyi məlumata görə, demokratlar Nümayəndələr Palatasında sonuncu dəfə 258 yeri 1993-1995-ci illər çağırışlı Konqresdə əldə etmişdilər. O vaxt respublikaçıların 176 yeri, müstəqil namizədin isə 1 yeri var idi.

2009-2011-ci illər çağırışlı Konqresin aşağı palatasında Demokratlar Partiyası 257 yerə sahib idi.

Məryəm Quliyeva