Politico: Tramp seçki məğlubiyyətinin əvəzini Aİ və NATO-dan çıxa bilər Gündəm

Politico: Tramp seçki məğlubiyyətinin əvəzini Aİ və NATO-dan çıxa bilər

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının seçkilərdəki məğlubiyyətindən doğan narazılığını Avropa İttifaqı və NATO-dan çıxa bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.

Qəzet iddia edir ki, keçirilən seçkilər Tramp üçün fəlakətə, onun prezidentliyinə qarşı bir referenduma və tarixi miqyaslı məğlubiyyətə çevrilib. Jurnalistlər xatırladıblar ki, Demokratlar Partiyasının nümayəndələri hətta onilliklər ərzində qələbə qazanmadıqları ştatlarda, məsələn, Kanzasda belə qalib gəliblər.

Bununla əlaqədar olaraq nəşr qeyd edir ki, Avropa ABŞ-dəki seçkilərin nəticələrinə ehtiyatla reaksiya verməlidir, çünki Tramp administrasiyası cavab tədbirləri hazırlaya və əsəbini xarici siyasətdən çıxa bilər. Nəticədə Avropa ölkələri ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərdə gərginlik daha da artacaq.

ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərinin nəticələrinə görə, Demokratlar Partiyası Senata əlavə olaraq Konqresin aşağı palatasında - Nümayəndələr Palatasında da əksəriyyəti qazanıb.

"Associated Press"in yazdığına görə, Senatda demokratlar 53 yer götürdüyü halda, respublikaçıların 42 mandаtı var. Nümayəndələr Palatasında isə ABŞ Demokratlar Partiyası 221 yer, respublikaçılar isə 129 yer əldə ediblər.

Məryəm Quliyeva