3 Noyabr 13:50
11:13
441
2027-ci ildə dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 7,1 milyon manat ayrılması nəzərdə tutulur.
“APA-Economics”in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.
Bu, 2026-cı illə müqayisədə 1,2 milyon manat və ya 19,5% çoxdur.
Vəsait Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB ölkələrinə nəqliyyatda gedişi ilə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsinə yönəldiləcək.