Qızıl bazarında mərkəzi bankların alışları artıb, zərgərlik tələbatı azalıb
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
“İqtisadiyyatın artım tempinin azlığı hamımızı narahat etməlidir”- Qüdrət Həsənquliyev
Asif Əli Zərdari Zəfər Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb
15:19
497
ABŞ-nin təcavüzü təkrarlanacağı təqdirdə Tehranın cavabı "çox daha geniş miqyas alacaq".
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Ayətullah Müctəba Xameneinin Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü münasibətilə göndərdiyi mesajda bildirilib.
"İranın Hörmüz boğazına nəzarəti həyata keçirməsi və region ölkələrindəki ABŞ hərbi bazalarını məhv etməsi üçüncü məcburi müharibə zamanı ABŞ-nin təcavüzünə və cinayətlərinə cavab idi", - deyə mesajda qeyd olunur. Xameneinin sözlərinə görə, Tehranın addımları həm də İranın regionda öz təşəbbüsü ilə apardığı imperializmə qarşı mübarizənin bir hissəsidir. O xəbərdarlıq edib ki, təcavüz təkrarlanacağı təqdirdə bu mübarizə "çox daha geniş miqyas alacaq".
Xamenei bildirib ki, Fars körfəzində, xüsusən də Hörmüz boğazında baş verən hadisələr "ABŞ-nin yenilməzliyi haqqında mifi" darmadağın edib. O həmçinin bəyan edib ki, Vaşinqtona güzəştlər etməklə ABŞ-nin İran xalqına qarşı düşmənçiliyinə son qoymağa ümid edənlər "dərin səhvə yol verirlər".
Məryəm Quliyeva