3 Noyabr 13:50
11:27
441
Gələn il İdman və mərc oyunları üzrə vergilərdən büdcəyə daxilolmaların 6 mln. manatdan çox artacağı proqnozlaşdırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
2027-ci ildə Azərbaycanda Dövlət Vergi Xidmətinin xətti ilə sadələşdirilmiş vergi üzrə daxilolmalar 467 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 38 milyon manat və ya 8,9 faiz, 2025-ci ilin icrası il müqayisədə 51,1 milyon manat və ya 12,3 faiz çoxdur.
Qeyd edilən mənbədən daxil olmaların proqnozunun artımına səbəb ölkənin ortamüddətli sosial və iqtisadi inkisaf proqnozlarına əsasən cari ildə qeyri-neft ÜDM-in gözlənilən nominal artım tempinin 9,1 faiz olması, bununla yanaşı idman və mərc oyunları üzrə növbəti ildə gözlənilən vergi ödənişlərinin cari ilin proqnozu ilə müqayisədə 6,4 milyon manat və ya 5,8 faiz çox olmasıdır.