Gələn il hərbçilərə mənzil təminatı və kirayə üçün ayrılacaq vəsaitin həcmi məlum olub İqtisadiyyat

Gələn il hərbçilərə mənzil təminatı və kirayə üçün ayrılacaq vəsaitin həcmi məlum olub

2027-ci ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15,0 milyon manat ayrılıb.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub.