Küveytdən İrana 24 saatlıq nota: Diplomatlar "arzuolunmaz şəxs" elan edildi Gündəm

Küveytdən İrana 24 saatlıq nota: Diplomatlar "arzuolunmaz şəxs" elan edildi

Küveyt hakimiyyəti beynəlxalq hava limanına edilən hücumla əlaqədar İrandan olan iki diplomatı ölkədən çıxarmaq və bu ölkənin əmirlikdəki səfirliyinin əməkdaşlarının sayını azaltmaq qərarına gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ərəb dövlətinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Küveyt xarici işlər nazirinin müavini İranın müvəqqəti işlər vəkilini çağıraraq ona rəsmi etiraz notası təqdim edib. Sənəddə "İran səfirliyinin əməkdaşlarının sayının azaldılması və iki diplomatın 'persona non grata' (arzuolunmaz şəxs) elan edilməsi haqqında qərar" yer alıb. Onlara 24 saat ərzində Küveyt ərazisini tərk etmək tapşırılıb. XİN-dən izah edildiyi kimi, bu addım mülki obyektlərə, o cümlədən hava limanına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə edilən, bir nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən zərbələrə cavab olaraq atılıb.

Məryəm Quliyeva