Tramp: "Mən olmasaydım, artıq İsrail olmayacaqdı" Gündəm

Tramp: "Mən olmasaydım, artıq İsrail olmayacaqdı"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı ilə İsraili potensial məhv olmaqdan xilas edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp "New York Post" qəzetinə müsahibəsində bildirib.

"Əgər mən olmasaydım, artıq İsrail olmayacaqdı", — deyib.

O əlavə edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı müstəsna olaraq şəxsən özü tərəfindən qəbul edilib. Tramp ABŞ-ın bu münaqişəyə İsrail tərəfindən cəlb olunması barədə ehtimalları rədd edib.

"Bunu məhz mən başladım. Və mən buna ona görə başladım ki, biz onların (İranın — red.) nüvə silahına sahib olmasına icazə verə bilmərik", — deyə Tramp bəyan edib.

Məryəm Quliyeva