Tramp: Xameneyi ABŞ ilə danışıqlar prosesində iştirak edir Dünya

Tramp: Xameneyi ABŞ ilə danışıqlar prosesində iştirak edir

ABŞ Prezidenti Donald Tramp əmindir ki, İranın ali rəhbəri Müctəba Xameneyi Tehranın Vaşinqtonla apardığı danışıqlar prosesinə cəlb olunub.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "New York Post" qəzetinə müsahibəsində bildirib.

Amerika liderinin sözlərinə görə, Xameneyi silahlı münaqişənin dayandırılması barədə qərarların qəbul edilməsində "sözsüz ki, iştirak edir".

Məryəm Quliyeva