Lukaşenko Kubaya dəstək verməyə hazır olduğunu bildirib Gündəm

Lukaşenko Kubaya dəstək verməyə hazır olduğunu bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko Kubanın sabiq prezidenti Raul Kastronu 95 illik yubileyi münasibətilə təbrik edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BelTA"ya dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

"Siz inanılmaz dözümlülüyün, ideallara sadiqliyin və tükənməz həyat enerjisinin nümunəsisiniz. Sizin zəngin dövlət xadimi təcrübənizi, müstəqil və sarsılmaz Kuba Respublikasının inkişafına verdiyiniz şəxsi töhfəni qiymətləndirməmək qeyri-mümkündür".

Lukaşenko qeyd edib ki, Belarus və Kubanı uzun müddətdir isti, səmimi və əsl qardaşlıq münasibətləri bağlayır və vurğulayıb ki, bunda Raul Kastronun da şəxsi töhfəsi var.

Belarus rəhbəri ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bütün sahələrdə yüksək dinamikanı qoruyub saxlayacağına əminliyini ifadə edib. "Təsdiq etmək istəyirəm ki, Kuba hər zaman Belarus Respublikasının dəstəyinə güvənə bilər", — deyə Lukaşenko vurğulayıb.

Aleksandr Lukaşenko Raul Kastroya möhkəm cansağlığı, gümrahlıq və gələcək uğurlar arzulayıb.

Məryəm Quliyeva