Tramp: İsrail və İran bir həftəlik qarşılıqlı zərbələri dayandırdılar Gündəm

Tramp: İsrail və İran bir həftəlik qarşılıqlı zərbələri dayandırdılar

İsrail və İran ən azı bir həftə ərzində bir-birinə zərbə endirməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

"İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı bir danışığımız oldu. Ona zərbə endirilmişdi, o da cavab zərbəsi vurdu. Buna görə onu qınaya bilmərəm. Amma indi onlar bunu dayandırıblar. Beləliklə, daha bir həftə, ya da təxminən bu qədər müddət ərzində bir-birlərini rahat buraxacaqlar", - deyə o, jurnalistlərə bildirib.

Məryəm Quliyeva