Rusiya Ermənistanı "tərk" edəcək Gündəm

Rusiya Ermənistanı "tərk" edəcək

Tezliklə Rusiya həm Ermənistandakı Gümrü bazasından, həm də sözdə "qoruduğu" Ermənistan sərhədlərindən tamamilə çıxarılacaq. Moskva Ermənistan ərazisində hansısa bir kəndi nəzarətə götürmək və orada istədiyi formatda hərəkət etmək iqtidarında deyil. Ən azından ona görə ki, Paşinyan seçkilərdən yenicə qalib sifətində çıxıb və o, istənilən anda kütləvi insan resursları ilə həmin kəndlərdə nəzarəti tam şəkildə bərpa edə bilər.

Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.

O, qeyd edib ki, Moskvanın əlavə aqressivliyi isə sadəcə özünə zərər gətirir. Kütləvi şəkildə nifrət, dünya çapında gözdən düşmə və s. Suriyanı, Qarabağı sakit şəkildə tərk edənlər, dəqiqdir ki, Ermənistanı da tərk edəcək. Digər tərəfdən nə Türkiyə, nə Avropa Birliyi, nə ABŞ, nə də Bakı Rusiyanın Ermənistandakı aqressiv fəaliyyətinə yaşıl işıq yandırmayacaq. İranın Rusiya ilə üst-üstə düşən mövqeyinə gəlincə isə, İranın başı hələ ki öz probleminə qarışıb:

"Bu arada qeyd edim ki, mövcud yaşananlar zəminində Ermənistanın KTM-dən ayrılması prosesi də tezləşəcək. Bəlkə də yaxın bir il içərisində biz bu prosesə şahidlik edəcəyik".

Cavid